“Namizədlərə pulsuz efir vaxtı verilməlidir” – “MÜSAVAT”DAN TƏLƏB

Namizədlərə pulsuz efir vaxtı verilməlidir. Bu Müsavat Partiyasının İTV-dən və MSK-dan rəsmi tələbidir.

Etikxeber.az xəbər verir ki,  bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Onun sözlərinə görə, YAP tələm-tələsik pulsuz efir vaxtından imtina etdiyini bəyan etməklə debatlardan çəkindiyini ortaya qoyub.

“Seçki Məcəlləsinə görə 60-dan çox dairədən namizədləri qeydə alınan siyasi partiya pulsuz efir vaxtı hüququ qazanır. Müsavatın 60 dairədən 64 namizədi qeydə alınıb. Bu, pulsuz efir vaxtı almaq üçün yetərli deyilmi?  İllər boyu TV kanallarından məhdudiyyətsiz istifadə edən YAP-ın qorxusu nədəndir? Biz bütün namizədlərə pulsuz efir vaxtının verilməsinin tərəfdarıyıq. Bunu rəsmən tələb etmişik. Buna vaxt məhdudiyyəti bəhanəsi ilə razılıq verilmirsə, ən azı YAP və Müsavat arasında debatların təşkili üçün pulsuz efir vaxtı ayrılmalıdır. Son bəyanatında bərabər imkanlar arqumentini əsas gətirən YAP rəhbərliyindən və MSK-dan cavab gözləyirəm”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Yeni tərkibli MM islahatların ruhuna uyğun gələcək bir parlament olacaq” – ELDƏNİZ SƏLİMOV GÖRÜŞLƏRƏ BAŞLADI – FOTOLAR – YENİLƏNİB

Read Next

Fəzail Ağamalı seçicilərlə görüşlərə başladı-ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir