Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyədə yeni partiya yaradılır.
Etikxeber.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, yeni partiya narazı AKP-çilərdən və narazı ərdoğançılardan yaradılır.
Yeni partiya AKP-nin və Türkiyə siyasətinin tanınmış simlarından olan baş nazirin sabiq müavinin Əli Babacanın rəhbərliyi altında yaradılsa da, onun əsas söz sahibinin sabiq prezident Abdullah Gül olacağı bildirilir.
Yəni, partiya Gülün təşəbbüsü, ideyası ilə yaradılır.
Yeni partiyanın adının “Özgürlük və Hukuk” olacağı qeyd edilir.
Özgürlük və Hukuk Partiyasında (ÖHP) təxminən 30-40 nəfər AKP-li deputatın, həmçinin, keçmiş AKP-li nazirlərdən Ertuğrul Günayın, Bəşir Atalayın və digər ünlülərin təmsil olunacağı vurğulanır.
Yeni partiyanın iyul ayında elan olunacağı və təsis qurultayının keçiriləcəyi gözlənilir.
Etikxeber.az