Nardaran sakini özünü metro qatarının altına atdı – “Koroğlu”-da

Nardaran sakini özünü metro qataraının altına atıb.
Bu barədə məlumatı  Etikxeber.az-a “BakıMetropoliten”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, bu gün səər saat 09:20 radələrində bir kişi özünü “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. Özünü qatarın altına atan kişinin şəxsiyyəti bəlli olub, Bu şəxs 1951-ci təvəllüdlü Nardaran sakini Əhmədov Nəsir Əlihüseyn oğludur. N. Paşayev bildirib ki, maşinistinin sayıqlığı nəticəsində qatarı dərhal saxlamar mümkün olub. “Qatar dərhal dayandırlıb, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb.. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır”- deyə, N. Paşayev bildirib.
Qeyd edək ki, hadisə metronun “Koroğlu” stansiyasında olub.
 Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub

Read Next

Xəzər dənizində 4,3 bal gücündə zəlzələ baş verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir