Narkoloji Mərkəzdə güclü yanğın: ÖLƏNLƏRİN SAYI 25-ə ÇATDI – FOTOLAR – YENİLƏNİB – (2)

 

Bakı şəhərinin Xətai rayonunda, Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Etikxeber.az-ın xəbərinə görə, hadisə səhər saat 06:00 radələrində baş verib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində qeydə alınıb.

Yanğın zamanı ölən və xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın zamanı 30-dan artıq pasiyent təxliyyə olunub.

***

7-1

Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 20-dən çoxdur.

Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

İlkin məlumata görə, hadisə zamanı 26 nəfər ölüb.

Xəsarət alanlardan üç nəfər şəxs 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər şəxs isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

***

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı hadisə yerinə gəlib.

Trend-in məlumatına görə, hadisə yerinə, həmçinin respublikanın daxili işlər naziri Ramil Usubov, Baş prokurorun müavini Rüstəm Usubov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov gəlib. Hazırda hadisə yerinə baxış keçirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib və yanğın söndürülüb.

Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

***

Yanğında ölənlərin sayı 25-ə çatıb.

Etikxeber.az

Read Previous

Sarkisyan getdi, Sarkisyan gəldi… – YENİLƏNİB

Read Next

“Zeytun budağı”nda Türk ordusu 41 şəhid verib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir