“Narkotik asılılıq beyin xəstəliyidir”-RAQİF ALLAHVERDİNİN YAZISI

 Narkotik vasitələr insan beynini və onun fəaliyyət sistemini dəyişdiyinə görə bu asılılıq beyin xəstəliyidir.

Narkotik maddələrin heç bir növünün güvənli istifadə şəkli yoxdur. Ondan istifadə edən hər bir şəxsin asılı olma riski eynidir.

            Narkotik vasitələrin təsiri?

 Narkotik vasitələrdən mütəmadi istifadə etdikdən sonra insanda özünə güvən azalır, çevrədə baş verənlərə reaksiya zəifləyir, həyati prinsiplər və dəyərlər yox olmağa başlayır, iddialar və və gələcək ilə bağlı planlar yox olur, mənəvi dəyərlərə münasibət dəyişir, QİÇS, vərəm, hepatit B və C , xərçəng kimi digər ölümcül xəstəliklərə tutulma riski artir.

Onu da vurğulamaq istərdim ki, narkotik maddələr kimyəvi tərkibinə görə bir-birindən fərqlənirlər. Bu baxımdan istifadəçilərin mərkəzi sinir sisteminə fərqli formalarda  təsir edir.

 Qeyd olunanlardan əlavə narkotik insanı normal yaşamaqdan və davranışlardan uzaqlaşdırır. İstifadəçilərdə tez-tez ürəkbulanması, qusma, qarın ağrıları, qəbizlik, ishal, mədə və bağırsaq spazmaları müşahidə olunur. Beləliklə narkotikdən asılı olan şəxs getdikcə ailədən və yaxın çevrəsindən uzaqlaşaraq, demək olar ki, yalnızlaşır. .

            Biz nə etməliyik?

 Əgər bir insan narkotikin təsiri altındadırsa onunla bu vəziyyətdə danışmağın bir faydası yoxdur. Ümumiyyətlə ozünüzü hazır hiss etməyiniz təqdirdə bu tip şəxslə danışmayın. Onların eyni zamanda psixoloji durumunu nəzərə alaraq səmimi və inandırıcı olmağa çalışın lakin nəsihət verməyin.

Sadəcə, özününzü onun yerinə qoyaraq onun düşüncəsini, qorxularını anlamağa çalışın. Eyni zamanda inandırmağa çalışın ki, bu sahə üzrə ixtisaslaşmış bir mütəxəssisdən bu vəziyyətdən çıxmaq üçün yardım almaq istəsin.

            Narkotiklərə qarşı hansı qabaqlayıcı tədbirlər görülməlidir?

 Narkotik vasitələrə və psixotrop maddələrə dair yaş qruplarına görə vaxtında məlumatlandırma işi aparılmalıdır. Güclü ailə bağlarının olması da vacib faktordur. Valideynlər övladlarına qarşı qayğılı və diqqətcil olmalı, uşaqlarının kimlərlə dostluq etmələrinə mütləq şəkildə nəzarət etməlidirlər.

Ailədaxili qaydaların mövcudluğu və hərkəsin buna riayət etməsi və eyni zamanda intizamlı şəkildə təhsildə uğur qazanmaq üçün övladlarımızı istiqamətləndirmək və hər zaman yanlarında olmaq zərərli vərdişlərə qarşı önləyici faktorlardandır.

 Uzun müddət narkotikdən istifadə edənlərin müalicəsi olduqca çətin, maliyyə xərcləri isə yüksəkdir. Eyni zamanda müalicədən sonra psixoloji dəstək tədbirləri görülməlidir əks halda yenidən narkotikdən istifadə etmə ehtimalı qalmaqdadır. 

Hazırda narkotik maddələrdən istifadə nəticəsində yaranan fəsadlara görə dövlətlərin tibbi xərcləri artmaqdadır.

Halbuki qabaqlayıcı profilaktik işlərin həyata keçirilməsi üçün xərclənən maliyyə, müalicə işləri üçün ayrılan vəsaitdən daha ucuz başa gəlir.

Raqif ALLAHVERDİ,

Etikxeber.az

Read Previous

Bu gün Azərbaycanda Milli Qurtuluş günü-QEYD OLUNUR…

Read Next

“Özümüz uzun müddət “İcma”nı Bayram Səfərovun obrazında fəaliyyətsiz vəziyyətə salmışıq, indi anlayırıq ki…”-FAZİL MUSTAFADAN TURAL GƏNCƏLİYEVƏ DƏSTƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir