“Dünyada narkotikdən istifadənin yaş həddi aşağı düşür”- RAQİF ALLAHVERDİ YAZIR

Yeniyetmə və gənclərin zərərli vərdişlərdən, narkotik vasitələrdən asılı olmasını önləmək üçün onlarla vaxtında qabaqlayıcı iş görmək, ailə daxilində düzgün bağlantı qurmaq və düşüncələrini dinləmək gərəkir.

Hazırda dünyada narkotik vasitə və psixotrop maddə istifadəçilərinin sayında artma tendensiyası ilə yanaşı, narkotik maddə istifadəsində yaş həddinin getdikcə aşağı düşməsi müşahidə olunur.

            “Siqaret narkotik maddələrdən istifadəyə keçiddə vasitəçi rolunu oynayır”

Hər hansı bir növ narkotik vasitəyə olan asılılığın iqtisadi, sosial, psixoloji səbəbləri ola bilər Lakin tütün daha doğrusu siqaret narkotik maddələrdən istifadəyə keçiddə vasitəçi rolunu oynayır.

Praktikada yeniyetmə dövründən başlamaqla siqaret çəkməyən narkotik istifadəçisi nadir halda rast gəlinir. Bu baxımdan valideynlər diqqətli olmalıdırlar. Əgər övladlarının siqaretdən istifadə etdiyini hiss etsələr dərhal önləyici tədbirlər görməklə müvafiq profilaktik işlər aparmalıdırlar. Çünki nəzarətsiz yeniyetmə istifadəçilərin artmasında maraqlı olanlar üçün hədəfdir.

Təəssüflə qeyd edilməlidir ki, bəzi hallarda yeniyetmə və gənclər duyğusal olaraq yaşadıqları problemlərdən xilas olmaq üçün narkotiklərdən istifadə etməyə yönəlirlər. Narkotik asılılıqda genetik və cəmiyyət faktoru, psixoloji, sosial səbəblər, yeniyetmə və gəncin böyüdüyü ailə, ailə daxili şiddət, valideynlər arası münasibət qırılmaları təsirli rol oynayır. İnsanların psixoloji dözümlülük səviyyəsi aşağı düşdükcə zərərli vərdişlərdən asılılıq göstəriciləri artır.

              “Ailədaxili zorakılıq uşaqların zərərli vərdişlərin təsiri altına düşmə riskini artırır”

Uşaqların nəzarətsiz şəkildə davamlı olaraq telefon və planşetlərdən istifadəsi həyatın müəyyən mərhələlərində öz mənfi təsirini göstərə bilər. Eyni zamanda zərərli vərdişləri formalaşdıran faktorlardan biri də sosial mediadır.

Uşaqların zərərli vərdişlərdən qorunmasını önləmək üçün onlarla sağlıqlı və diqqətli münasibət qurmaq gərəkir. Uşaqlar səhv etdikləri zaman ailələri ilə danışa bilməlidirlər. Heç bir halda şiddətə məruz qalmamalıdırlar. Çünki ailə daxilində olan təzyiq uşaqların zərərli vərdişlərin təsiri altına düşmə riskini artırır.

                Narkotik asılılıqdan xilas olamq mümkündür?

Narkomanlığın müalicəsində istifadəçinin istəyi və motivasiyası önəmlidir. Narkotik istifadəçisi asılılıqdan özünü qurtara bilər. Amma bunun üçün çox güclü istək içərisində olmalı və bu məqamda ailəsinin dəstəyi mütləq şərtdir. Adətən narkotik istifadəçiləri  qısa müddət keçdikdən sonra narkotiklərin zərərli olduğunu anlayırlar və öz imkanları ilə bundan qurtulmaq üçün səy göstərirlər.

Lakin bu yolla asılılıqdan qurtula bilmirlər. Həmçinin xüsusi ilə qeyd olunmalıdır ki, narkomanlığın müalicəsində bu sahə üzrə ixtisaslaşmış həkim və tibb müəssisəsindən yardım almaq əsas şərtdir. Bunu bilməliyik ki, qeyri ixtisas həkimlərin müalicəsi vəziyyəti daha da ağırlaşdıra bilər. Çünki narkomanlığın müalicə metodu qəbul edilən narkotik vasitənin növünə və istifadə təcrübəsinə görə dəyişir.

           Elektron siqaret, siqareti tərgitməyə kömək edir?

Bir zərərli maddənin asılılığından xilas olmaq istəyərkən bunun əvəzinə başqa bir maddədən istifadəyə başlamaq durumdan çıxış yolu deyildir. Onu da qeyd edək ki, elektron siaqretin siaqaretdən imtinada yardımçı olmadığı müvafiq araşdırmalar ilə də təsdiqlənmişdir. Burda xüsusi məqam odur ki, yalnış təbliğat sayəsində heç siqaret çəkməyən insan da elektron siqaretlərdən istifadə etməyə başlaya bilər.

Bu da başqa bir asılılıq üçün səbəbdir. Ola bilsin ki, elektron siqaretlər tütündən hazırlanan siqaretlər kimi zərərli deyil amma damar xəstəlikləri, sonsuzluq yaratması barədə tibb mütəxəssilərinin araşdırmaları ilə isbatlanmışdır.

20:58, 26 may

Raqif ALLAHVERDİ,

Etikxeber.az

Read Previous

“Ukrayna və Azərbaycan arasındakı strateji tərəfdaşlıq gələcəkdə də qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf edəcək”-ZELENSKİ

Read Next

“Açdıqları çay süfrəsinin arxasında söhbət etdik…”-MİLLƏT VƏKİLİ ŞƏHİD AİLƏSİNƏ, QARABAĞ MÜHARİBƏSİ ƏLİLİNƏ BAŞ ÇƏKDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir