Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
PA rəsmisi: Ermənistan bu regionda nasist siyasət aparan yeganə monoetnik dövlətdir
Ermənistanda nasist siyasət aparılır.
Etikxeber.az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1988-ci ildə Ermənistanda etnik azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar:
“Bu gün Ermənistanda bir dənə olsun belə azərbaycanlı yoxdur. Bu ölkə bu regionda yeganə monoetnik dövlətdir, yəni, ermənilərdən savayı başqa xalqların və millətlərin nümayəndələri orada yaşamır. Amma Azərbaycan çoxsaylı xalqların və millətlərin yaşadığı polietnik bir dövlətdir. Burada bütün xalqların, millətlərin birgəyaşayışı mövcuddur.
Həmçinin, region ölkələrindən Rusiya, İran, Gürcüstan, Türkiyə hamısı çoxmillətli, polietnik ölkələrdir. Ancaq bu regionda nasizm siyasəti, etnki təmizləmə siyasəti həyata keçirən yeganə monoetnik dövlət Ermənistandır. Hətta, bir neçə il öncə xaricdə keçirilən bir tədbirdə sual verildi ki, Ermənistanda nə qədər azərbaycanlı yaşayır, cavab verdik ki, heç kim. Dedilər ki, necə, yəni heç kim? Biz bir daha dedi ki, 1988-ci ildən Ermənistanda bir nəfər olsun azərbaycanlı yaşamır. Bu ölkə nasist siyasət yeridir…”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az