Natiq Əliyevin cənazəsi Bakıya yola salınıb: BU GÜN DƏFN OLUNACAQ

İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.

Etikxeber.az-ın APA-ya istinadən  verdiyi məlumata görə, bu gün onunla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun  “Florence Nightingale” xəstəxanasında vəfat edib.

Etikxeber.az

Read Previous

Dünya çempionatı-2018-in seçmə mərhələsində Avropa zonası üzrə VI tura start verildi

Read Next

Düşmən atəşkəs rejimini 144 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir