“Rusiya strateji xətasının bədəlini çox ağır şəkildə ödəyəcək”-NATO-NUN BAŞ KATİBİ – YENİLƏNİB – (1)

Bu gün Bakı vaxtı ilə saat 18:00-da NATO-nun videokonfrans formatında Ukrayna üzrə fövqəladə sammiti keçiriləcək.

Etikxeber.az-ın  xəbərinə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd olunur ki, ABŞ Prezidenti Co Bayden Ukrayna və onun ətrafındakı təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün videokonfrans vasitəsilə fövqəladə sammitdə NATO-nun digər dövlət və hökumət başçıları ilə görüşəcək.

Danışıqlar mətbuata qapalı formatda keçiriləcək.

Bundan əvvəl Amerika lideri bildirib ki, Şimali Atlantika Alyansı cümə günü keçiriləcək sammitdə fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı bütün məsələlərə baxacaq.

Eyni zamanda, görüşə NATO üzvü olmayan Finlandiya və İsveç də dəvət olunacaq.

09:28

***

NATO liderlərinin videokonfrans formatında iclası başlayıb.

İclas Rusiyanın Ukraynaya müdaxiləsinə həsr olunub.

İclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.

Qeyd olunub ki, NATO liderləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsini və son hadisələri müzakirə edəcək.

19:06

***

“Rusiya strateyi xətaya yol verdi və onun çox ağır bədəlini ödəyəcək”.

Bunu isə sammitdən sonra jurnalistlərin suallarına cavabında NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O, Rusiyanı Ukraynaya hücumlarını dayandırmağa və dialoq çaırıb.

“Hamımız birimiz, birimiz hamımız üçün anlayışındaylq”-deyə, bildirib.

NATO Baş katibi həmçinin qeyd edib ki, sülh, barış istənilirsə, Rusiya Ukraynaya hücum etməkdən vazkeçməlidir.

Etikxeber.az

Read Previous

“BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdarıyıq…”-İLHAM ƏLİYEV – FOTO

Read Next

Zelenski Baydenlə-DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir