“Naxçıvan Kredit” də ləğv olundu

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 2016-cı il 30 sentyabr tarixli qərarına əsasən, “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin verilməsi üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, “Naxçıvan Kredit” BOKT MMC-nin təsisçilərinin ümumi yığıncağı tərəfindən BOKT-in könüllü ləğv edilməsinə dair qərar qəbul edilib və bununla əlaqədar Palataya müraciət olunub.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsini və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Naxçıvan Kredit” BOKT MMC-yə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 2006-cı il 6 iyul tarixli 192-QB nömrəli lisenziyasını ləğv edib.

Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazələrin verilməsinə dair qərar qəbul olunub.

Etikxeber.az

Read Previous

Münaqişə bölgədə təhlükəsizliyə və sabitliyə əsas təhdiddir – NAZİR – FOTOLAR

Read Next

Əlilliyi olan 11 minədək şəxsə protez-ortopedik xidmətlər göstərilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir