Naxçıvan-Məşhəd sərnişin qatarının istismara verilməsindən sonra “Azərbaycan Dəmir Yolları” QSC İranda nümayəndəlik aça bilər.
Etikxeber.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, hazırda Azərbaycanın İranla birbaşa dəmir yolu əlaqəsi yoxdur: “Culfadan İrana olan dəmir yolu xəttindən isə Ermənistanın işğalçı siyasi səbəbindən istifadə etmək mümkün deyil. Naxçıvan-Məşhəd sərnişin qatarı istismara verildikdən sonra İranda nümayəndəlik aça bilərik”.
Etikxeber.az