Naxçıvan-Məşhəd sərnişin qatarı istismara verildikdən sonra İranda nümayəndəlik aça bilərik – CAVİD QURBANOV

Naxçıvan-Məşhəd sərnişin qatarının istismara verilməsindən sonra “Azərbaycan Dəmir Yolları” QSC İranda nümayəndəlik aça bilər.

Etikxeber.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, hazırda Azərbaycanın İranla birbaşa dəmir yolu əlaqəsi yoxdur: “Culfadan İrana olan dəmir yolu xəttindən isə Ermənistanın işğalçı siyasi səbəbindən istifadə etmək mümkün deyil. Naxçıvan-Məşhəd sərnişin qatarı istismara verildikdən sonra İranda nümayəndəlik aça bilərik”.

Etikxeber.az

 

 

Read Previous

“Qarşılıqlı fayda əsasında işimizi qururuq” – PREZİDENT

Read Next

Əliyevdən Ərdoğana: “Sizinlə fəxr edirik”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir