Naxçıvan seçicilərindən Eldar İbrahimova-BÖYÜK DƏSTƏK – FOTOLAR

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Eldar Rza oğlu İbrahimovun Naxçıvan şəhərində seçicilərlə görüş keçirilib.

Etikxeber.az xəbər verir ki, YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli ölkəmizdə keçirilən islahatlardan və bu islahatların tərkib hissəsi kimi yeni parlamentin formalaşmasından bəhs edib.

YAP Naxçıvan Şəhər Təşkilatının sədr müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev görüşdə çıxış edərək seçiciləri Eldar İbrahimovun həyat və fəaliyyəti ilə yaxından tanış edib.

Görüşdə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Çapay Quliyev müasir hüquqi, demokratik dövlətlərdə parlamentin siyasi idarəçilikdəki mühüm rolunu vurğulayaraq, ölkəmizdə aparılan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar çərçivəsində dövlət idarəçiliyinin həyata keçirilməsində nəsillərin iştirakında balansın qorunmasının əhəmiyyətindən söz açıb.

Görüşdə çıxış edən Eldar İbrahimov bundan əvvəlki üç seçkidə ona etimad göstərib ölkə parlamentinə üzv seçdiklərinə görə dərin minnətdarlığını bildirib.

O, Milli Məclisin (MM) üzvü kimi fəaliyyəti barədə seçicilərə hesabat verərək, parlamentin işində, onun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, aqrar qanunvericiliyinin təkmilləşdirilməsindəki iştirakından ətraflı danışıb.

Son 16 ildə ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmiş uğurlu dövlət quruculuğu siyasətinin bəhrələrindən söz açan namizəd həyata keçirilən siyasəti ifadə edən statistik rəqəmləri müqayisəli şəkildə seçicilərin diqqətinə çatdırıb.

Xüsusən parlamentdə deputat və komitə sədri kimi məşğul olduğu kənd təsərrüfatı, eləcə də qeyri-neft sektorunda yüksək nailiyyətlər əldə edildiyini vurğulayan Eldar İbrahimov əmin olduğunu bildirib ki, əsaslı qanunvericilik bazasının yaradıldığı bu sahənin uğurları artan dinamika ilə davam edəcəkdir. Eldar İbrahimov seçicilərin ona növbəti dəfə etimad göstərib MM-in deputatı seçəcəyi təqdirdə bu günə qədər olduğu kimi, bundan sonra da, parlamentin üzvü olkəmizin inkişafı naminə bilik, bacarıq və təcrübəsini əsirgəməyəcəyini bildirib.

Seçicilər də öz növbələrində Eldar İbrahimovu əmin ediblər ki, əvvəlki seçkilərdə olduğu kimi builki parlament seçkisində də müstəqil Azərbaycan dövlətinin inkişafının qarantı olan YAP-ın namizəini qətiyyətlə dəstəkləyəcəklər.

Yüksək fəallıq şəraitində keçən görüşə yekun vuran YAP Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli bir daha Naxçıvan şəhər seçicilərini 9 fevralda keçiriləcək parlament seçkilərində fəal olmağa və partiyamızın namizədi Eldar İbrahimova səs veməyə çağırıb.

Qeyd edək ki, 6 dəfə millət vəkili olan Eldar İbrahimov 7-ci dəfə seçkilərə qatılıb.

YAP-ın yaradılmasının təşəbbüskarlarından, məşhur “91-lər”dən, hakim partiyanın İdarə Heyəti və Siyasi Şurasının üzvlərindəndir.

1995-ci ildən MM-in Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professordur.

Uzun illər Azərbaycanı ATƏT Parlament Assambleyasında (PA) təmsil edib.

Parlamentdə və mediada fəallığı ilə seçilən millət vəkillərindən, komitə sədrlərindəndir.

Etikxeber.az

Read Previous

I yarımil üzrə qiymətləndirmə başa çatıb- BŞTİ

Read Next

Qışda yaz “havası”-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir