“Naxçıvana uçuşlar bərpa edildikdən sonra şübhəsiz ki, qaydalar da müəyyənləşdiriləcək…”-İSA HƏBİBBƏYLİ

Naxçıvana uçuşlar bərpa edildikdən sonra şübhəsiz ki, qaydalar da müəyyənləşdiriləcək.

Etikxeber.az xəbər verir ki, bunu deputat, akademik İsa Həbibbəyli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, beynəlxalq uçuşlarla bağlı qoyulan tələblərin yerli reyslər zamanı nisbətən sadələşmiş şəkildə olmasını təklif edib:

“Çünki keçən ayların təcrübəsi göstərdi ki, viruslar bizə daha çox xaricdən idxal olunub. Qaydalar hazırlanarkən sədələşmiş məsələlərə diqqət yetirilsin”.

Millət vəkili həmçinin deyib ki, ölkə Prezidentinin XX əsrin əvvəlləri ilə bağlı fikriləri elmi əsaslara söykənir. 

“Prezident tərəfindən səslənən fikirlər Azərbaycan cəmiyyətinin tarixin dərslərindən nəticə çıxarmasına xidmət edir”-deyə, millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sosial şəbəkələr növbəti dəfə deputatların və parlamentin-GÜNDƏMİNDƏ

Read Next

“Qavalı sevirik, amma kitaba nifrət edirik…”-AQİL ABBAS KİTABXANALARDAN, KİTAB MAĞAZALARINDAN, RAZİ NURULLAYEV İCTİMAİ ŞURALARDAN DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir