Naxçıvandan Yaqublu ilə bağlı-TƏHZİB

11 sentyabr 2020-ci il tarixdə “Azadlıq” qəzetinin facebook səhifəsində “Naxçıvan Qarbağ qaziləri və veteranları Tofiq Yaqubluya azadlıq tələb edir” başlıqlı müraciət yayılıb.

Etikxeber.az NAXCİVANXEBERLERİ.COM-a istinadən xəbər verir ki, həmin məlumat həqiqəti əks etdirmir. 

“Cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayılan həmin məlumatda guya Naxçıvan Muxtar Respublikasından olan Qarabağ qaziləri və veteranlarının həbsdə olan Tofiq Yaqublunun azad olunması ilə bağlı müraciət etdikləri qeyd olunur. Həqiqət isə ondan ibarətdir ki, müraciətdə adları qeyd olunan şəxslərdən 3-ü hazırda həbsdədir. 2 nəfər isə artıq neçə illərdir vəfat edib. 27 nəfər isə bəyanat verərək müraciətdən xəbərsiz olduqlarını və adlarından icazəsiz istifadə edildiyini biliriblər. Həmin şəxslər diqqətə çatdırıblar ki, hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edəcəklər”-deyə, sayt qeyd edir.

Qeyd edək ki, adıçəkilən sayt Naxçıvan Muxtar Respublikasının rəsmi saytıdır.

https://naxcivanxeberleri.com/cemiyyet/41521-naxcivandan-tofiq-yaqubluya-dstk-verilmyib.html

Etikxeber.az

Read Previous

“Jurnalistikamızın durumu milli təhlükəsizliyimizi təhdid edən ön faktor halına gəlib…”-ZAHİD ORUC YENƏ SƏRT DANIŞDI, HEYDƏR ƏLİYEV İRSİNİN SAXTA MÜDAFİƏÇİLƏRƏ EHTİYACI OLMADIĞINI DEDİ, “VURULMUŞLARA” XƏBƏRDARLIQ ETDİ…

Read Next

Millət vəkili icra başçısı ilə birgə ali məktəblərə qəbulda ən yüksək nəticə əldə etmiş məzunlarla-GÖRÜŞDÜ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir