Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Nazarbayev adının paytaxta verilməsinə qarşı deyil…
Kazakh President Nursultan Nazarbayev looks on during the Collective Security Treaty Organization (CSTO) summit in the Kremlin in Moscow, Wednesday, Dec. 19, 2012. (AP Photo/Mikhail Metzel)
Nursultan Nazarbayev Astanın onun adına dəyişdirlməsi ilə bağlı məsələyə mövqeyini bildirib.
Etikxber.az Qazaxstan prezidentinin mətbuat xidmətinin yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, Nazarbayevin sözlərinə görə, o, dəfələrlə bu məsələ barədə danışlb.
“Hesab edirlər ki, guya hər yerdə “Nur, Nurlu” yazılması ilə komandanı mən verirəm. Hətta,parlamentdə deputat paytaxtın mənim adıma dəyişməsi barədə təkliflə çıxış edib. Mən nə belə bir təkliflə çıxış etmişəm, nə də demişəm”– deyə, N. Nazarbayev bildirib.
“Mən tək bir insanam, əgər sizlər yanımda olmasaydınız, heç nə edə bilməzdim. Bu 25 il ərzəndə mənim bəxtim gətirib ki, öz əqidədaşlarımı düzgün seçə bilmişəm. Hesab edirəm ki, bir nəfər heç nə edə bilməz. Hamınız sağ olun. Parlament öz işini görüb. Hesab edirəm ki, sizin kimi tapşırıqları icra edən komanda var. Ona görə də uğurlar əldə edirik. O baxımdan hamınıza və parlamentə sağ ol deyirəm ki, belə bir Deklarasiya qəbul edib. Mənim rolumu qeyd etmisizniz. Əlbəttə ki, bu, mənə bir insan kimi xoşdur”- deyə, N. Nazarbayev sonra bildirib.
Nazarbayev həmçinim qeyd edib ki, parlament hakimiyyətin müstəqil qoludur və onlar müstəqil qərar qəbul etmək və mövqe bildirmək hüququna malikdirlər:
“İstənilən məsələ barədə, istər şəhər və ya digər yaşayış məntəqlərinin adının dəyişməsi, yaxud, digər istənilən məsələ barədə qərar verə bilərlər. Təbii ki, biz də öz növbəmizdə dövlətimiz üçün vacib olan məsələlər barədə qərarlar verəcəyik”.
Nazarbayev deyib ki, bu məsəlinin görünən tərəfidir:
“Odur ki, məsələnin konkret olaraq nəticəsi ilə məşğul olmaq lazımdır”.
Qeyd edək ki, noyabrın 23-də Qazaxstan parlamentinin deputatı Kuanış Sultanov Astananın adının dəyişdirilib Nursultan Nazarbayevin adının verilməsi təklifi ilə çıxış edib.
Belə təkliflər son illərdə bir neçə dəfə olub.
Hətta, 2009-cu ildə Azərbaycanın Qazaxstandakı səfiri Lətif Qəndilov da Astananın adının Sultan-Atu adlandırılması təklifi ilə çıxış edib.
M.B
Etikxeber.az