Nazarbayev adının paytaxta verilməsinə qarşı deyil…

Kazakh President Nursultan Nazarbayev looks on during the Collective Security Treaty Organization (CSTO) summit in the Kremlin in Moscow, Wednesday, Dec. 19, 2012. (AP Photo/Mikhail Metzel)

Nursultan Nazarbayev Astanın onun adına dəyişdirlməsi ilə bağlı məsələyə mövqeyini bildirib.
Etikxber.az Qazaxstan prezidentinin mətbuat xidmətinin yaydığı rəsmi məlumata istinadən xəbər verir ki,  Nazarbayevin sözlərinə görə, o, dəfələrlə bu məsələ barədə danışlb.
“Hesab edirlər ki, guya hər yerdə “Nur, Nurlu” yazılması ilə  komandanı mən verirəm.  Hətta,parlamentdə deputat  paytaxtın mənim adıma dəyişməsi  barədə təkliflə çıxış edib. Mən  nə belə bir təkliflə çıxış etmişəm, nə də demişəm”– deyə, N. Nazarbayev bildirib.
“Mən tək bir insanam, əgər sizlər yanımda olmasaydınız, heç nə edə bilməzdim. Bu 25 il ərzəndə mənim bəxtim gətirib ki, öz əqidədaşlarımı  düzgün seçə bilmişəm. Hesab  edirəm ki,  bir nəfər heç nə edə bilməz. Hamınız sağ olun. Parlament öz işini görüb. Hesab edirəm ki, sizin kimi  tapşırıqları icra edən komanda var. Ona görə də uğurlar əldə edirik. O baxımdan hamınıza və parlamentə sağ ol deyirəm ki, belə bir Deklarasiya qəbul edib. Mənim rolumu qeyd etmisizniz. Əlbəttə  ki, bu, mənə bir insan kimi xoşdur”- deyə, N. Nazarbayev sonra bildirib.
Nazarbayev  həmçinim qeyd edib ki, parlament  hakimiyyətin müstəqil qoludur və onlar  müstəqil qərar qəbul etmək və mövqe bildirmək hüququna malikdirlər:
“İstənilən məsələ barədə, istər  şəhər və ya digər yaşayış məntəqlərinin adının dəyişməsi, yaxud,  digər istənilən məsələ barədə qərar verə bilərlər. Təbii ki,  biz də öz növbəmizdə dövlətimiz üçün vacib olan məsələlər barədə qərarlar verəcəyik”.
Nazarbayev deyib  ki, bu məsəlinin görünən tərəfidir:
“Odur ki,  məsələnin konkret olaraq nəticəsi ilə məşğul olmaq lazımdır”.
Qeyd edək ki, noyabrın 23-də Qazaxstan parlamentinin deputatı Kuanış Sultanov Astananın adının dəyişdirilib Nursultan Nazarbayevin adının verilməsi  təklifi ilə çıxış edib.
Belə təkliflər son  illərdə bir neçə dəfə olub.
Hətta, 2009-cu ildə Azərbaycanın Qazaxstandakı səfiri Lətif Qəndilov da Astananın adının Sultan-Atu adlandırılması təklifi ilə çıxış edib.
astana
M.B
Etikxeber.az

Read Previous

Ziyafət Əsgərov: “Dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınırıq”

Read Next

Mübariz Qurbanlı: “Kərbəlaya, Məşhədə ziyarətlər qadağan deyil”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir