Qazaxstan prezidenti Nursultan Nazarbayev növbəti prezident seçkiləri zamanı namizədliyini irəli sürəcəyi və hakimiyətə qalacağı ilə bağlı şərtləri açıqlayıb.
Etikxeber.az xəbər verir ki, N.Nazarbayev bununla bağlı fikirlərini “Bloomberg News”ə açıqlamasında bildirib.
O, deyib ki, ölkə Konstitusiyası 2020-ci ildə keçiriləcək prezident seçkilərində ona namizədliyini irəli sürmək hüququ verir:
“Ancaq 2020-ci ildə nə olacaq, mən bu barədə heç nə demək istəmirəm. Ona görə ki, bunlar bir sıra faktorlardan asılıdır. Mənim üçün ən başlıcası fiziki sağlamılıqdır ki, istədiyim kimi uğurlu fəaliyyət göstərim və hansı ki, mən istəyirəm. Mən danışdığım kimi işləyirəm və gördüyüm işin hesabatını verirəm”.
N.Nazarbayev sonra qeyd edib:
“Birincisi can sağlığı, ikincisi Qazax xalqının mənə olan münasibəti. Onlar bundan yorulmayıb ki? İndiki kimi dəstək verəcəklərmi? Bax bu şərtlər əsasında məsələlərə baxıb, zamanında qərar verəcəyik”.
O, deyib ki, seçkilər zamanı vəd veribsə, edir və hər zaman da vədlərini yerinə yetirir:
“Mən icrası mümkün olmayan , maliyyə imkanları böyük olan və təmin olunmayacaq layihələr təklif etmirəm. Hər zaman seçki kampaniyası dövründə olduğu kimi”.
Hakimiyyətin varisinə ötürülməsi ilə bağlı Nazarbayevə ünvanlanan suala gəldikdə isə o, bildirib ki, bütün bu məsələlər ölkə Konstitusiyasında öz əksini tapıb və bu məsələlər qanun əsasında ediləcək.
M.B
Etikxeber.az