Nazarbayev, Putin, Mirziyoyev, Lukaşenko…Əliyevi TƏBRİK ETDİLƏR

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi növbəti doğum günü münasibəti ilə təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır.

Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm”.

Qeyd edək ki, İ. Əliyevə təbrik məktubu göndərənlər arasında Qazaxıstan prezidenri Nursultan Nazarbayev, Belarus prezidenti Aleksandr Lukaşenko, Ukrayna prezidenti Petro Poroşenko, Özbəkistan prezidenti Savkat Mirziyoyev də var.

Etikxeber.az

 

Read Previous

Ali Baş Komandanla birgə Azərbaycana xidmət etmək qürurvericidir – ADİL ƏLİYEV

Read Next

Hər bir vətəndaşa millətini, dövlətini sevdirməyi bacarır – DEPUTATDAN PREZİDENTƏ TƏBRİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir