Nazir MilIi Məclisdə etiraf etdi ki…

Elmin İnkişafı Fondunda elm sahəsinə ayrılacaq iki illik vəsait toplanaraq qalıb.
Etikxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin  Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, elm və təhsilə ayrılan vəsaitlər  müəyyən qədər azalıb və bunu etiraf edir.
“Bunun isə səbəbi var.  Elmin inkişafı ilə bağlı Elmin İnkişafı  Fondu yaradılıb və elm sahəsinə-bu fonda kifayətə qədər vəsait ayrılır. Ancaq bu Fonda ayrılan vəsait istifadə olunmadan ildən-ilə qalır. Hazırda Fondda   qalan maliyyə vəsaiti yetərincə yüksəkdir. Iki il  elm sahəsinə vəsait ayrılmasa belə, bu təşkilatdakı maliyyə vəsaiti yetər. Belə olan halda, əlavə vəsaitin ayrılmasına nə ehtiyac var?!”– deyə, nazir bildirib.
Nazir eyni zamanda,  büdcədə sanksiyalarla bağlı  iradlara  mövqeyini açıqlayaraq bildirib ki, bunlar vergi təşkilatları və hüquq-mühafizə orqanları tərəfindən verildiyindən, olduğu kimi də büdcəyə salınır:
“Bunun da  səbəbi onunla bağlıdır ki, əgər  sanksiyalar məsləsi büdcədə nəzərə alınmasa, o zaman toplanan sanksiyalardan  aidiyyatı dövlət qurumları istifadə edə bilməyəcək. Bu baxımdan da, biz onu büdcəyə salırıq”.
Etikxeber.az

Read Previous

“Elə edək ki, Azərbaycandan xəstələr daha xaricə getməsin” – Deputatdan xahiş

Read Next

“Valideynə maraqlıdırsa ki, uşaq bu sahədə oxusun…” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir