Nazir şəhid əsgərin ailəsinə yeni evin açarlarını verdi – FOTOLAR

Bu ilin aprelində cəbhədə ermənilərin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kənd sakini Ülvin Məmmədovun ailəsi üçün Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ev inşa edilib.

Etikxeber.az xəbər verir ki, oktyabrın 20-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü qəsəbəsinin sakinləri şəhid Ülvin Məmmədovun məzarını ziyarət edib, məzarı üzərinə əklil qoyublar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni inşa olunmuş evin açarı şəhidin ailəsinə təqdim olunub.

Qeyd edək ki, ümumi sahəsi 18 sot olan torpaq sahəsində inşa edilən 80 kvadratmetrlik 3 otaqlı ev hər cür şəraitlə təmin edilib. Həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkilib.

İctimaiyyət nümayəndələri Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədilə həyata keçirdiyi siyasətdən razılıqlarını bildirib, bu tədbirlərin hər bir vətəndaşın dövlətimizə, dövlətimizin rəhbərinə inam və etimad hissini daim artırdığını qeyd ediblər.

Şəhidin anası oğlunun xatirəsinin əziz tutulduğuna, ailəsinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

nazir-ev

Etikxeber.az

Read Previous

Sabah Bakıda fasilələrlə yağış yağacağı gözlənilir

Read Next

Yaşayış evində partlayış: Bir ailənin 4 üzvü ağır yaralandı, 3 yaşlı uşaq dünyasını dəyişdi – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir