Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 2016-cı il noyabrın 25-də vergilər naziri Fazil Məmmədov Siyəzən rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Siyəzən şəhəri H.Əliyev 135a) Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs: Həsənov Xəyyam Bəhlul oğlu, əlaqə telefonu (018-64-2-44-10), mobil (050-797-87-82), Siyəzən və Xızı rayonları üzrə Siyəzən Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Qiyasov Faiq Mirağa oğlu, əlaqə telefonu: (023-3043034), mobil (055-520-11-54), Şabran rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Rəcəbəliyev Faiq Səməd oğlu, əlaqə telefonu: (023-3532832), mobil (051-994-44-02) və Xırdalan şəhəri Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Kazımov Zakir Çingiz oğlu, əlaqə telefonu: (012-3421722), mobil (050-254-42-55) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Etikxeber.az