NAZİR: “Üç ildə bu rəqəm 55 faizə qalxdı…”

“Təhsil sistemində yeni vasitələrdən istifadə etmək lazımdır”.

Etikxeber.az məlumat verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib.

Nazir bildirib ki, 2013-cü ildə təhsil sahəsində Milli Strategiya təsdiqlənib.

Onun sözlərinə görə, bu, ilk strategiya olub:

“Orada aydın şəkildə təhsil sahəsində inkişaf məqsədləri müəyyənləşdirilib. Məktəbəqədər təhsildə irəliləyiş əldə edilib. Əvvəl bu sahədə vəziyyət qənaətbəxş deyildi. Məsələni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrin qaçqın və məcburi köçkünlər tərəfindən tutulması idi. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların gətirmə faizi 18 faiz idi. Üç ildə bu rəqəm 55 faizə qalxdı”.

Nazir əlavə edib ki, təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub: “Xarici diplomların tanınması, elektron qaydada məktəbə yazılmaq və sair bu xidmətlərə aiddir”.

O bildirib ki, Azərbaycanda  müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib.

“Nəticədə müəllimlərin maaşı 2 dəfə artıb…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir – KOMİTƏ SƏDRİ

Read Next

SƏHİYYƏ NAZİRLİYİ: “Bu il 2 regionda icbari tibbi sığorta ilə bağlı pilot layihə həyata keçirməyə başlamışıq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir