Nazir: “Tamadalar, müğənnilər, çalğıçılar, rəqqaslar, aşıqlar da …” – YENİLƏNİB

Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər vergi sistemində  uçot sisteminin şəffaflaşdırılmasına   xidmət edir
 Etikxeber.az xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında  Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə danışarkən bilrdirib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə ümumilikdə 201 dəyişiklik nəzərdə tutulur ki, bu da   ölkədə vergi sisteminin təkmilləşməsinə, vergi yükünün yüngülləşdirilməsinə ,  bu prosesinin asanlaşdırlmasına xidmət edir.
“Dəyişikliklər eyni zamanda,  bir sıra vergi ödəyəcilərinə güzəştlərin tətbiq edilməsini, bank sektorunda likvidliyinin artmasını, şəffalığın təmin olunmasını, qanun pozuntuları ilə bağlı bağlı sanksiyaların  sərtləşdirilməsini  nəzərdə tutur”– deyə, nazir bildirib.
***
MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə deyib ki, prezident İlham Əliyev tərəfindən parlamentə ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihələri təqdim edilib.
Qlobal iqtisadi sarsıntıların, neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir etdiyini deyən Z. Səmədzadə bildirib ki, risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür:
“Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Son illərdə neftin ucuzlaşması, qlobal sarsıntılar Azərbaycan iqtisadiyyatına təsir edib. Təqdim edilmiş qanun layihələri bu təsirlərin azaldılmasına, ölkənin davamlı inkişafına xidmət edir”
***
Tamadalar, müğənnilər, çalğıçılar, rəqqaslar, aşıqlar sadələşdirilmiş vergiyə cəlb olunacaqlar.
Bunu da çıxışında vergilər naziri deyib. Onun sözlərinə görə,   bu məqsədlə Vergilər Məcəlləsinə 220.10 -220.12 maddələrinin ələvə edilməsi nəzərdə tutulur.
Belə ki, Məcəllədə  toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar  fəaliyyət növü ilə məşğul olanlar sadələşdirilmiş vergiyə cəlb olunacaq.  Bu   cür fəaliyyət növləri ilə məşğul olanların  ayda sabit olaraq 30 manat,  fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət göstərənlər ayda 30 manat,  çəkməçi, pinəçilər ayda 5 manat, saat, televizor, soyuducu və digrə məişət  cihazlarının təmiri ilə məşğul olanlar  10 manat,  fərdi evlərdə işləyən ev qulluqçuları, dayələr, bağbanlar, aşbazlar, gözətçilər, təmizləyicilər ayda 10 manat, nəqqaşlıq fəaliyyəti ilə məşğul olanlar isə 20 manat həcmində vergiyə cəlb olunması nəzərdə tutulur.
 Nazir onu da əlavə edib ki, bu fəaliyyət növü ilə məşğul olanlar  aylıq vergini fəaliyyət göstərdiyi bölgəyə tətbiq olunan vergi əmsalına uyğun olaraq ödəyəcək.
Belə ki, həmin kateqoriyadan olan şəxslər Bakı şəhəri, kənd və qəsəbələrində 2,  Gəncə, Sunmqayıt və Xırdalana şəhərlərində  1,5, Abşeron rayonunun kəndləri  və qəsəbələrində, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naftalan, Naxçıvan şəhərlərində 1, digər rayonlarda isə 0, 5 əmsalına uyğun olaraq vergi ödəyəcəklər.
Etikxeber.az

Read Previous

Azərbaycanda milli büdcə aviadaşıyıcısı “BUTA AIRWAYS” yaradılır

Read Next

Ödəmə qabliyyətini itirən banklar 3 il müddətinə vergidən azad olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir