Nazirdən Rəhimzadəyə CAVAB: “Dotasiyaların bölünməsi məsələsinə baxıla bilər”

Maliyyə naziri Samir ŞərifovRegional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin yerli icra hakimiyyəti orqanlarına dotasiyasının kəsilməsi ilə bağlı iradına cavab verib.

Etikxeber.az-ın xəbərinə görə, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı S. Şərifov deyib ki, regionlara dotasiyaların azaldılması mədəniyyət və təhsil sektorlarının mərkəzləşdirilmiş qaydada idarə edilməsi ilə bağlıdır:

“Bilirsiniz ki, regional idarələr yaradılır və bu idarələr mərkəzləşdirilmiş qaydada maliyyələşdirilir. Həmin qurumlar hesab edir ki, regional idarələrin yaradılması büdcə vəsaitlərinin xərclənməsin səmərəliliyi artıracaq. Məhz bu səbəbdən də bu zaman struktur dəyişikliklərinin yaranmasına zərurət yaranıb. Bələdiyyələrlə qaldırılan məsələ yeni deyil. Qanunvericilikdə bələdiyyələrə subvensiya verilməsi məsələsi öz əksini tapılıb. Amma bu o demək deyil ki, bələdiyyələrə subvensiya verilməlidir. Maliyyə Nazirliyinin subvensiya verilməsi ilə bağlı səlahiyyəti çatmır. Bunun üçün hansısa mexanizm olmalıdır. Bu mexanizm olandan sonra büdcədə müəyyən vəsait proqnozlaşdırıla bilər. Bələdiyyələrə kifayət qədər maliyyə vəsaitinin ayrılmaması məsələsinə toxunuldu. Dövlətin bələdiyyələrə maliyyə vəsaitlərinin ayrılması ilə bağlı birbaşa öhdəliyi yoxdur. Buna baxmayaraq, dövlət tərəfindən bu istiqamətdə vəsait ayrılır. Bələdiyyələr müstəqil gəlir imkanlarına malikdir. Düzdür, iri şəhərlərdə gəlir imkanları daha yüksəkdir, bəzi rayonlarda daha azdır”.

S. Şərifov əlavə edib ki, rayonlara ayrılan dotasiyaların bölünməsi məsələsinə baxıla bilər.

Etikxeber.az 

Read Previous

Artım əlillərə və pensiyaçılara təsir etməyəcək – NAZİRİN İDDİASI

Read Next

Rayonlarda yağış, sulu qar, qar yağacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir