Nazirlər Komitəsi Avropanın gələcəyi üçün nəyi planlaşdırır? – QƏNİRƏ PAŞAYEVA

AŞPA-nın qış sessiyasının ikinci günündə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Finlandiyanın xarici işlər naziri Timo Soini sədrlik çərçivəsində qarşıdakı gələn altı ay ərzində görüləcək işlərdən danışıb.

Etikxeber.az xəbər verir ki, Nazirlər Komitəsinin sədri çıxışından sonra avropalı deputatların suallarını cavablandırıb.

SPAAAAAAAAAAAAAAAAAAAAAAA

Azərbaycanın AŞPA-da nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva Avropa Azad Demokratlar qrupu adından Nazirlər Komitəsinin sədrinə sualla müraciət edib: “Avropa siyasi mənzərəsində qitəboyu mühüm məsələlərin siyasi və ictimai müzakirəsinə təsir göstərmək, geniş yayılmış hiss və üstünlükləri dəyişdirmək potensialına malik populist qüvvələrin artma meylini müşahidə edirik. Baş katib özünün 2017-ci il insan haqları, demokratiya və qanunun aliliyinin vəziyyəti ilə bağlı hesabatında bu təhlükəli meyli xüsusi vurğulayır və üzv dövlətləri Avropada populizmin dözülən və adi hal almasına səbəb olan bütün dəyişikliklərə fəal qaydada müqavimət göstərməyə çağırır. Birləşmiş və ümumi Avropanın gələcəyi üçün vacib olan belə həlledici məsələlərə müvafiq şəkildə riayət olunmasını təmin etmək üçün Nazirlər Kabinetinin nəzərdə tutulan, həyata keçirəcəyi təşəbbüslər və ya fəaliyyətlər barədə məlumat almaq istərdik”.

Nazirlər Komitəsinin sədri bildirib ki, son illər gündəlik həyatdakı vəziyyət insanları çox narahat edir. O, insanların siyasətçilərə inamının azaldığını, hətta özlərini unudulmuş hesab etdiklərini bildirib. Əlavə edib ki, onlar 4-5 ildən bir seçkilər zamanı xatırlandıqlarını düşünürlər. Sədr Fransada insanların yanacağın qiymətinin artmasına etiraz etdiklərini bildirərək, onların heç də pis insanlar olmadığını vurğulayıb, ancaq zorakılıqdan uzaq olmağı tövsiyə edib.

Müzakirələrə önəm verilməsinin vacibliyini bildirən sədr xalqın fikrinə hörmət edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu: mitinq təşkilatçılarına xəbərdarlıq edilib

Read Next

AŞ-da Ermənistanın Azərbaycana qarşı xəritə işğalçılığına dair yeni sənəd

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir