Nazirlər YAP-da mətbuat konfransı keçirəcək: 2000-Cİ İLLƏRİN ƏVVƏLLƏRİNƏ “DÖNÜŞ” EDİLİR – HAKİM PARTİYA QƏRAR VERDİ

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyi partiyanın mənzil-qərargahında keçirilən ənənəvi mətbuat konfranslarının bərpası barədə qərar qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən möhtəşəm islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır.

Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur.

Sentyabrın 10–da ilk mətbuat konfransı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

Etikxeber.az

Read Previous

Ortaboy deputat, hündürboy tələbələr: “AZƏRBAYCAN ONLARLA UCALACAQ” – FOTOLAR

Read Next

“Qarabağ” – “Neftçi” qarşılaşmasının başlama saatı və yeri dəqiqləşdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir