Nazir prezidentlə təhlükəsizlik məsələlərindən danışdı, xorvat həmkarını Azərbaycana dəvət etdi – YENİLƏNİB

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin Prezidenti ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici işlər naziri Elmar Məmmədyarov  Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin Prezidenti Vuk Yeremiç ilə görüşüb.

Görüşdə V.Yeremiç Mərkəzin fəaliyyəti ilə bağlı Nazir Məmmədyarovu məlumatlandırıb.

Tərəflər mümkün əməkdaşlıq yolları və Azərbaycanın araşdırma mərkəzləri ilə Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin birgə fəaliyyəti barədə ətraflı fikir mübadiləsi aparıb.

Görüşdə, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.

***

E. Məmmədyarov  həmçinin, Xorvatiyalı həmkarı ilə görüşüb

E. Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın Xarici İşlər naziri Qordan Qrliç Radman ilə görüşüb.

Nazir xorvatiyalı həmkarını Xarici İşlər naziri təyinatı ilə bağlı təbrik etdi.

Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi apardılar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olundu.

Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı və nazir Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət etdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Etikxeber.az

Read Previous

Daha bir YAP-çı deputat “xarici müdaxilə”dən danışdı – “MÜHACİR”LƏRİ KƏSKİN TƏNQİD ETDİ

Read Next

Ünvanlı sosial yardım, “ehtiyac zənbili”, təhsil kreditləri, qızların ödənişsiz təhsili… – DEPUTAT PAYIZ SESSİYASINDA BU TƏKLİFLƏRLƏ ÇIXIŞ EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir