Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb – İTTİHAM

“Cernobıl” Cəmiyyətinin sədri Nazirlər Kabineti ittiham etdi

Mənzil Məcəlləsinin qəbulundan xeyli vaxt keçsə də, onun icrası, əlillərin növbədənkənar mənzillərlə təmin edilməsi məsələsi ilə bağlı Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb.

Etikxeber.az xəbər verir ki, bunu Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov  Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasında -“Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ictimai dinləmələrində çıxışı zamanı deyib.

O, qeyd edib ki, qanunun qəbulu ilə yanaşı, onun icrası da, işləkliyi də çox vacibdir:

“Amma çox təəssüflər olsun ki, bəzi qanunların qəbulu mümkün olsa da, onların icrası, işləkliyi bəzən mümkün olmur. Xüsusilə də, Mənzil Məcəlləsi ilə bağlı məsələdə ciddi problemlər var. Məcəllə qəbul olunsa da, onun icraya yönəldilməsi, tətbiqi barədə hələ də Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb. Bu isə əlillərə ciddi problemlər yaradır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Şəxsi maraqlardan çıxış edib, məsələlərə yanaşmaq olmaz – NAZİR MÜAVİNİ

Read Next

47-yə yaxın təşkilat Prezidentə müraciət ünvanlayıb…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir