Nazirlik: “Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Nazirlikdən Etikxeber.az-a verilən məlumata görə, fevral ayının III ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının II ongünlüyünə nisbətən 9 m3/san azalaraq 129 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.2, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Fevral ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 2.2, Bəhramtəpədə isə 2.4 dəfə YVQH-ni keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.92-6.93 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
Etikxeber.az

Read Previous

Düşmənin təxribat qrupu məhv edilib – MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Filarmoniya və Mədəniyyət kanalının birgə konserti keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir