Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib.

Nazirlikdən Etikxeber.az-a verilən xəbərə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15- də Bakıda və Abşeron yarımadasında havaşəraitinin kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, 14-də axşam, 15-də çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək.

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığa gəlincə, dekabrın 14-15- də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yollar buz bağlayacaq.

Etikxeber.az

Read Previous

Netanyahu: “Azərbaycanla Qazaxıstan müsəlman dünyasının vacib ölkələridir”

Read Next

Prezident Qubanın icra başçısını ordenlə təltif etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir