Nazirlik və komitələrdə vahid geyim forması tətbiq ediləcək – QƏRAR

Tacikistanın nazirlik və komitələrində xüsusi emblemi və nişanı olan vahid geyim forması tətbiq ediləcək.

Etikxeber.az xəbər verir ki, Tacikistan Prezident Aparatı işçilərinin formasının mavi rəngdə olması nəzərdə tutulur.

Hazırda geyim eskizləri üzərində xüsusi qrup çalışır. Eskizlərin hazırlanması ilə bağlı təlimatda tacik qadınlarının milli və dövlət bayramlarında necə geyinmələri, paltarların hansı parçadan tikilməsi haqqında tövsiyələr var.

Məlumatda bildirilir ki, Tacikistanın Təhsil və Elm Nazirliyi bütün tədris müəssisələrinə məktub göndərib. Məktubda tələbələrə və şagirdlərə martın 1-dək milli parçalardan tikilən paltarlar geyinmək məsləhət görülür.

Etikxeber.az

Read Previous

Blanşet Kann festivalının münsiflər heyətinin sədri seçildi

Read Next

İraqda köməksiz qalan 35 Türkiyə vətəndaşı vətənə qayıtdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir