Nazirlik və Dini Qurumlar Komitəsi fəlsəfə doktoru hazırlayacaq – QƏRAR

Azərbaycanda fəaliyyət göstərən daha iki institutda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.

Etikxeber.az-ın məlumatına görə, bu barədə müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli, 235  nömrəli  Qərarı  ilə  təsdiq  edilmiş “Doktoranturalar yaradılan  Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişikliklər edilib.

Kənd Təsərrüfatı Nazirliyi üzrə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə Azərbaycan İlahiyyat İnstitutunda fəlsəfə doktoru elmi dərəcəsi almaq mümkün olacaq.
Etikxeber.az

Read Previous

Sabah uşaqları bağçaya aparmayın – XƏBƏRDARLIQ

Read Next

Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törətdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir