Nazirlikdən açıqlama: Ekoloji pozuntulara görə 214 akt və protokol tərtib olunub

Ekologiya

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən avqustun 6-dan 31-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb. Ekoloji pozuntulara görə 214 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 44 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə ətraf mühitə dəymiş ziyana görə 18 iş üzrə 1323.52 manat məbləğində iddia qaldırılıb, 45 iş üzrə 55900 manat məbləğində inzibati qaydada cərimə, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 164 iş üzrə 42738.38 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 13, icra qurumlarına isə 26 iş göndərilib.

Etikxeber.az

Read Previous

Rövnəq Abdullayev: “850 kilometr boruların qaynağı tamamlanıb”

Read Next

Xınalıqa qar yağdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir