Nazirlikdən-İŞƏGÖTÜRƏNLƏRƏ XƏBƏRDARLIQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemində əmək qanunvericiliyi və onun tətbiqi məsələləri ilə bağlı işəgötürənlər üçün mütəmadi olaraq məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlər yerləşdirilir. 

Nazirlikdən Etikxeber.az-a bildirilib ki, məqsəd bu sahədə işəgötürənlərin maariflənməsi və əmək qanunvericiliyinin tətbiqi sahəsində onlara köməkliyin göstərilməsidir.  

Bir sıra hallarda işəgötürənlər tərəfindən Nazirliyə və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan sorğular sahibkarların bu sahədə məlumatsızlığını göstərir. Fəaliyyətlərində hər hansı qanun pozuntusu aşkarlandıqda da, bunu əmək qanunvericiliyi və onun tətbiqi, qanunvericiliyin tələbləri barədə məlumatsız olmaları ilə əsaslandırırlar. 

Ona görə də Nazirlik işəgötürənlərə “Əmək müqaviləsi bildirişi” altsistemində yerləşdirilən məlumat və xəbərdarlıqlar, tövsiyə və bildirişlərlə daim tanış olmağı və onları diqqətdə saxlamağı, bu əsasda da qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tövsiyə edir.

Etikxeber.az

Read Previous

“İnsan alverinə qarşı mübarizə çərçivəsində preventiv tədbirlərin sayı artırılmalıdır”-SEVİNC HÜSEYNOVA

Read Next

“Koronavirus təhlükəsinin oduğuna hələ də şübhəylə yanaşanlar qulağımızın dibində yaşanan dramdan-qonşu Dağıstandakı vəziyyətdən xəbər tutub ehtiyatlı, məsuliyyətli, ayıq davranacaqlar”-MİLLƏT VƏKİLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir