Respublika ərazisində yağan leysan yağışları ilə əlaqədar paytaxtın bəzi küçələrini subasma olub. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları texnikanın köməyi ilə suçəkmə işləri aparır.
Etikxeber.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərərgahının əməliyyat növbətçisi, daxili xidmət polkovnik-leytenantıYaşar Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, yağmurlu hava şəraiti ilə əlaqədar Bakı şəhərinin müxtəlif rayonlarında və ərazilərində subasmalar olub. FHN-in 101 və 112 xidmətlərinə daxil olan zənglərə əsasən hazırda nazirliyin 20-dən artıq texnikası bu ərazilərdə suçəkmə işləri ilə məşğuldur:
“Bizim xidmət vətəndaşların müraciətlərinə əsasən hara lazım olarsa ora texnika cəlb olunmasına hazırdır”.
Etikxeber.az