Neftçalada dəhşətli qəza: 4 NƏFƏR ÖLDÜ, 2 NƏFƏR XƏSARƏT ALDI – YENİLƏNİB – (1)

Neftçala rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Etikxeber.az  xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində qeydə alınıb.

Magistralda hərəkətdə olan mikroavtobus qabaqda gedən “Kamaz” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Ölənlərin meyiti müayinə olunmaq üçün Salyan morquna aparılıb.

Xəsarət alınanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

neftçala

***

Ələt-Astara avtomobil yolunun Neftçala rayonundan keçən hissəsində baş verən ağır yol qəzası zamanı yaralananların şəxsiyyəti məlum olub.

Bunlar Yardımlı rayon sakinləri- 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur.

***

Neftçala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən  şəxslərin də adları məlum olub.

1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu,
1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu,
1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu,
1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğludur.

Etikxeber.az

Read Previous

“Əgər dünya birliyi münaqişənin dinc yolla həllini istəyirsə…” – DEPUTAT

Read Next

Daha bir ağır avtobus qəzası – BU DƏFƏ YEVLAXDA – 2 NƏFƏR ÖLDÜ, 10 TƏLƏBƏ XƏSARƏT ALDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir