“Neftçi” –“Bney Yehuda” oyununu fransalı hakimlər idarə edəcək- AVQUSTUN 8-DƏ

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” –“Bney Yehuda” oyununa hakim təyinatları açıqlanıb.

Etikxeber.az xəbər verir ki, qarşılaşmanın idarə olunması fransalı hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Kərim Abed olacaq. Ona Hişam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək.

Xatırladaq ki, avqustun 8-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

Kommersiya təşkilatlarına dair meyarlarda – DƏYİŞİKLİK

Read Next

Son 6 ay sosial-iqtisadi sahədə nələrlə yadda qaldı? – BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir