“Neftçi” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirildi

“Neftçi” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda klubun icraçı direktoru Orxan Hüseynzadə və əsas komandanın baş məşqçisi Elxan Abdullayev komandanın Antalyadakı hazırlığı və bu dövrdə klubun həyata keçirdiyi transfer siyasəti barədə hesabat təqdim ediblər.

Həmçinin “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini Elnur Eyvazov klubun hazırkı maliyyə durumu barədə hesabat verib və xərclərin optimallaşdırılması ilə bağlı hazırlanmış planı təqdim edib.

İclasda “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında aparılan tikinti işləri haqqında ətraflı məlumat verilib və klubun 80 illik yubileyini qeyd etdiyi cari ilin sonuna kimi tikinti işlərinin yekunlaşmasının vacibliyi vurğulanıb.

Etikxeber.az

Read Previous

Ermənistan öz aqibətini çox gec də olsa düşünməlidir – SƏFƏROV

Read Next

Gəncə sakini evinə od vuraraq intihar etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir