“Neftçi” ilk qələbəsini qazandı və… – YENİLƏNİB

Sentyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turunun növbəti oyunu keçirilib.

Etikxeber.az xəbər verir ki, vitse-çempion “Neftçi” “Bakcell Arena”da “Sumqayıt”ı qəbul edib.

Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 33-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu Muhdi Şərifi açıb. Fasilədən sonra oyunda dönüş yaradan “flaqman” rəqibin qapısından iki top keçirərək qalib gəlib – 2:1.

“Neftçi”nin heyətində Emin Mahmudov (64) və Jozef Monroz (90) fərqləniblər.

***

Onu da qeyd edək ki, oyunda xoşagəlməz hadisə yaşanıb. 

Belə ki, baş hakim Səbuhi Bayramovun görüşə əlavə etdiyi dəqiqələrdə “ağ-qaralar” feyr-pleyə əməl etməyərək,  fərqləniblər.

Qalmaqal 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldıqdan sonra qapıçı Mehdi Cənnətovun topu kənara çıxarmasından sonra yaşanıb. “Neftçi” futbolçuları topu rəqibə qaytarmayıblar və Stiven Monroz “Sumqayıt”ın qapısına yol tapıb.

Qonaqların kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedib və ona sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Xoşagəlməz hadisə zamanı Bakı klubunun məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurub. Amma final fitindən sonra “Sumqayıt”ın çalışdırıcısı E. Tarverdiyev tərəfə getsə də, “Neftçi”li onu öpüb.

Etikxeber.az

Read Previous

Nazim İbrahimov dünyasını dəyişdi

Read Next

“Putinin Köçəryana təbriki “Paşinyan necə gəlibsə, elə də gedəcək” deməkdir” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir