“Neftçi” klubu çilili yarımmüdafiəçi ilə müqavilə bağladı

Bakının “Neftçi” futbol klubu transfer çalışmalarını davam etdirir.

Klubdan Etikxeber.az-a bildiriblər ki, “Neftçi” çilili hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə birillik müqavilə bağlayıb.

Sonuncu komandası Qazaxıstanın “İrtış” klubu olan 29 yaşlı futbolçu indiyədək Çilinin “Reyncers”, “Huaçipato”, “Maqalyanes”, “Kobreloa”, “Deportes İkike” və İspaniyanın “Real Betis” klublarında çıxış edib.

Etikxeber.az

Read Previous

Fici adaları yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verdi

Read Next

Çavuşoğlu ABŞ-a niyə gedir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir