“Neftçi”-nin sabiq yarımmüdafiəçisi karyerasını Qazaxıstanda davam etdirə bilər…

“Neftçi” futbol klubunun sabiq yarımmüdafiəçisi Samir Məsimov karyerasını Qazaxıstanda davam etdirə bilər.

Etikxeber.az xəbər verir ki, cari mövsümdə Sloveniyanın “Domjale” klubunda əsas heyətə düşə bilməyən futbolçu komandanı tərk edib. Yarımmüdafiəçi hazırda Qazaxıstanın “Okjetpes” komandasının Türkiyədə təşkil olunan təlim-məşq toplanışında baxışdadır.

Futbolçu yeni komandasının iki yoxlama görüşündə meydana çıxıb. O, Türkiyənin “Kunduspor” və Qazaxıstanın “Kaysar” komandaları ilə görüşdə “Okjetpes”in formasını geyinib.

Etikxeber.az

Read Previous

“Tottenhem” qapıçı Yuqo Lloris ilə müqaviləni yenilədi

Read Next

“Çelsi” tarixində ilk dəfə rekord məbləğə Çin klubuna futbolçu satıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir