“Neftçi” “Sabah”la heç-heçə etdi-1:1 – PREMYER LİQADA BİRİNCİ TURA YEKUN VURULDU –

Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.

Etikxeber.az xəbər verir ki, turun sonuncu matçında “Neftçi” “Sabah”ı qəbul edib.

“Bakcell Arena”da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Görüşdə ilk qol 33-cü dəqiqədə vurulub. “Sabah”ın heyətində Rəşad Eyubov qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb.

40-cı dəqiqədə Soni Mustivar flaqmanın bərabərlik qoluna imza atıb. Görüşün ikinci yarısı qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər meydanı heç-heçə ilə tərk edib. Beləliklə çempionluğa iddialı “Neftçi” ilk turda iki xal itirib.

İlk 3 oyunda “Keşlə” evdə “Qarabağ”a, “Zirə” səfərdə “Səbail”ə 0:1, “Qəbələ” öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzub.

Etikxeber.az

Read Previous

“Fənərbağça” hücumçusunu “Nürnberq”ə icarəyə verdi

Read Next

“Bavariya”ya transfer edilən Koutinyo: ” MƏNİM ÜÇÜN YENİ ÇAĞIRIŞDIR”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir