“Neftçi” – “Şkupi” – 2:1 – “NEFTÇİ” İKİNCİ TƏSNİFAT MƏRHƏLƏSİNDƏ – YENİLƏNİB – (3)

UEFA Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində “Neftçi” (Bakı) – “Şkupi” (Şimali Makedoniya) oyunu başlayıb.

Etikxeber.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçda “Neftçi”nin start heyətində Aqil Məmmədov, Mamadu Mbodj, Anton Krivotsyuk, Cabir Əmirli, Namiq Ələsgərov, Emin Mahmudov, Yusuf Laval, Stiven Jozef – Monroz, Sabir Buqrin, Mamadu Kane və Tallison Dias yer alıblar.

“Şkupi”nin ilk onbirliyində isə meydana Kristian Naumoski, Darko Qlişiç, Lamin Diyak, Besar Iseni, İlirid Ademi, Besart Krivanev, Umar Qudabi, Dembo Darbo, Sabit Bilali, Filip Qliqorov və Lima Da Silva Neto çıxıblar.

Görüşü Latviyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Aleksandr Qolubevdir. Ona yan xətt hakimləri Raimonds Tatriks və Jevgenijs Morozovs kömək edirlər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirir.

Matçın qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

***

Oyunun 66-cı dəqiqəsində hesab açılıb.

“Neftçi” 1:0 hesabı ilə önə keçib.

21:28

***

Oyunda hesab yenidən dəyişib.

Anton Krivotsyukun qolu ilə “Netçi” hesabı 2:0-a çatdırıb.

21:45

***

Oyunda hesab dəyişib.

Bu dəfə qonaqlar fərqlənib və hesab 2:1 olub.

21:49

***

Oyun 2:1 hesabı ilə başa çatıb.

“Neftçi” ikinci təsnifat mərhələsinə adlayıb.

Etikxeber.az

Read Previous

“Bütün problemlərin öhdəsindən gələcəyik…”-DEPUTAT KİMİNLƏ GÖRÜŞDÜ VƏ NƏ HAQQINDA DANIŞILDI?

Read Next

“Vətəndaşlıq borcumuzu yerinə yetirmiş oluruq…”-DEPUTAT NÖVBƏTİ QƏBUL KEÇİRDİ VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir