“Neftçi”-“Şkupi” matçının UEFA nümayəndəsi və hakim-inspektoru-MÜƏYYƏNLƏŞDİ…

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) – “Şkupi” (Şimali Makedoniya) matçının UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, oyunun UEFA nümayəndəsi Oleq Molçanov (Moldova), hakim-inspektoru isə Orhan Erdemir (Türkiyə) olacaq.

Bundan əvvəl “Neftçi” –“Şkupi” matçının hakim təyinatları da açıqlanmışdı. Oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Aleksandrs Qolubevs olacaq. Ona Raymonds Tatriks və Yevgeniys Morozovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

UEFA Çempionlar Liqası-“BAVARİYA” 11-Cİ DƏFƏ FİNALDA…

Read Next

“Lotu Quli” Türkiyədə-Antalyada-QƏTLƏ YETİRİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir