“Səbail”- “Universitatya” – 2:3 , “Neftçi”-“Sperantsa” – 3:0 – YENİLƏNİB- (9)

İyulun 11-də “Neftçi” və “Səbail” UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.

Etikxeber.az xəbər verir ki, birinci təsnifat mərhələsinin ilk görüşündə “Neftçi” səfərdə Moldovanın “Sperantsa” klubu ilə qarşılaşacaq, “Səbail” isə “Bayıl Arena”da Rumıniya təmsilçisi “Universitatya”nı qəbul edəcək.

“Neftçi” Kişineudakı “Zimbru” stadionunda keçirəcəyi matça itkilərlə çıxacaq. Yarımmüdafiəçi Soni Mustivar və hücumçu Baqali Dabo zədə səbəbindən oynamayacaq. Flaqman bu mərhələni geridə qoyacağı təqdirdə, avrokubokların daha bir debütantına – Rusiyanın “Arsenal” (Tula) komandasına rəqib olacaq.

Görüşü idarə etmək Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna) olacaq.

“Səbail” isə Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılsa, “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Hər iki cavab oyunu bir həftə sonra keçiriləcək.

“Səbail” – “Universitatya” oyunu maltalı hakimlər briqadasına həvalə olunub. Baş hakim Fyodor Zammit olacaq. Ona Duncan Sultana və Theodore Zammit kömək edəcək. Qarşılaşmanın dördüncü hakim funksiyasını Mario Apap yerinə yetirəcək.

Qeyd edək ki, “Səbail”-“Universitatya” oyunu saat 20:00-da, “Sperantsa”-“Neftçi” görüşü isə saat 21:00-da başlayacaq.

***

“Səbail” və “Universitatea” (Rumıniya) oyunu üçün komandaların start heyətləri açıqlanıb.

“Səbail” klubun 11-liyində Daniel Bojinovski, Elvin Yunuszadə, Şəhriyar Rəhimov, Urfan Abbasov, Eriko, Yevqeni Koçuk, Maykl Essien, Rahid Əmirquliyev, Bilal Həmdi, Mirabdulla Abbasov və Ağabala Ramazanov yer alıblar.

“Universitatea”nın heyətində isə meydana Mirko Pilyaçello, Renato Keliç, Boqdan Vetejolo, Mixay Roman, Aleksandru Matey, Nikuşor Banku, Kamer Caka, Antoniy İvanov, Kristian Berbuc, Stefan Aka və İvan Martiç çıxacaqlar.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandaların arasında cavab oyunu bir həftə sonra keçiriləcək.

Oyunu maltalı hakimlər briqadasına həvalə olunub. Baş hakim Fyodor Zammitə Dunkan Sultana və Teodore Zammit kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakim funksiyasını Mario Apap yerinə yetirəcək.

“Səbail” Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılarsa “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

***

“Səbail” – “Universitatya” qarşılaşması başlayıb.

Hesab hələlik açılmayıb.

***

Oyunda hesab açılıb.

Əvvəlcə qonaqlar, sonra “Səbail”lilər fərqlənib.

Hesab 1:1-dir.

***

Oyunun ikinci hissəsi başlayıb.

***

neftçi

 “Neftçi”- “Speranta” oyunu da başlayıb.

Kişineudakı “Zimbru” stadionunda baş tutan görüşdə paytaxt təmsilçisinin heyətində ilk onbirlikdə Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivotsyuk, Kiril Petrov, Ömər Buludov, Mamadu Kane, Emin Mahmudov, Vangelis Platellas, Stiven-Jozef Monroz, Rauf Əliyev və Dario Frederiko yer alıblar.

“Speranta”nın heyətində isə meydana Daniel Avdyuşkin, Maaquera Mendoza, Mixail Bolun, Nogueira Barbosa, Ponce Ramirez, Ambasso Eloundou, Fula Perea, İçaka Tiehi, Şetefan Efros, Maksim Yurku və Alişer Mirzoyev çıxıblar.

Oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edir.

Matçın baş hakimi Tim Marşaldır.

Ona Pol Robinson və Odri Neteri kömək edirlər.

Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək.

Qarşılaşmada UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna) olacaq.

Cavab matçı bir həftə sonra Bakıda oynanılacaq.

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı bu mərhələni adlayacağı təqdirdə avroliqanın debütantı “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.

***

Bakıda keçirilən matçda qonaqlar yenidən hesabda önə keçiblər. 

51-ci dəqiqədə qonaqların futbolçusu Nikuşor Banku hesabı 2:1 edib.

***

“Speranta” (Moldova) – “Neftçi” (Azərbaycan) oyununda isə hesab açılıb.

Kişinyovda keçirilən matçın 16 dəqiqəsində bakılılar hesabı açıblar.

Emin Mahmudov penaltidən fərqlənib.

***

“Səbail” – “Universitatya” qarşılaşması başa çatıb.

Oyun təmsilçimizin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

“Səbail”in hər iki qoluna Ağabala Ramazanov imza atıbsa, qonaqların heyətində Matyu, Banku və Roman fərqlənib.
***
“Neftçi”-“Speranta” oyununun ilk hissəsi  isə komandamızın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci qolun müəllifi Monroz olub.
***
İkinci hissədə hər iki komandanın qol şansı olub.
Lakin Roberto Bordinin yetirmələri bundan lazımınca yararlanıblar.
Rəhman Hacıyev hesabı 3:0-a çatdırıb və oyun da bu hesabla yekunlaşıb.
Etikxeber.az

Read Previous

Baş redaktordan prezidentə – MİNNƏTDARLIQ

Read Next

Deputatdan bahalaşma ilə iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə – MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir