“Neftçi”- Arsenal”- 3:0 – “NEFTÇİ” NÖVBƏTİ TƏSNİFAT MƏRHƏLƏSİNDƏ – YENİLƏNİB – (7)

Bu gün Avropa Liqasında çıxış edən Azərbaycan klubları növbəti oyunlarını keçirəcəklər.

Etikxeber.az xəbər verir ki, “Neftçi” və “Qəbələ” II təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar.

Əyalət təmsilçisi Tbilisidə Gürcüstan “Dinamo”su ilə qarşılaşacaq. Azərbaycan kubokunun qalibi səfərdə çətin vəzifənin öhdəsindən gəlməlidir.

 Ötən həftə evdəki qarşılaşmada 0:2 hesabı ilə uduzan Sənan Qurbanovun yetirmələri mərhələ adlamaq üçün kiçik möcüzə gerçəkləşdirməlidir. Boris Payçadze adına stadionda əldə olunacaq bu uğur təmsilçimizi Hollandiya “Feyenoord”una rəqib edəcək. “Qəbələ” mərhələ adlamaq vəzifəsinin öhdəsindən gəlməsə belə, UEFA reytinqində həm özünün, həm də ölkənin əmsalını qaldıracaq nəticə əldə edə bilər.

“Neftçi”nin işi nisbətən asan olacaq. Tulada 1:0 hesablı qələbə qazanan paytaxt futbolçuları üstünlüyünü evdə qorumalıdır.

Azərbaycanın ən titullu klubu “Bakcell Arena”da güclü rəqibi qarşısında büdrəməmək üçün səfərdəki kimi inamlı çıxış etməlidir. Cari mövsüm keçirdiyi bütün matçlarda quru hesabla qalib gələn Roberto Bordinin yetirmələri bu seriyanı doğma arenada davam etdirməyə köklənib. Bakılılar mərhələ adlamağın öhdəsindən gəlsə, İsrailin “Bney Yehuda” klubu ilə görüşəcək.

Qeyd edək ki, hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust

21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – “Qəbələ”
Baş hakim: 
Petri Vilyanen
Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu
Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya)
Hakim-inspektor: Yens Larsen (Danimarka)
UEFA nümayəndəsi: Sergey Lisnik (Moldova)
Tbilisi. Boris Payçadze adına stadionu
İlk oyun – 2:0

21:00. “Neftçi” – “Arsenal” (Rusiya)
Baş hakim: 
Alan Mario Sant
Baş hakimin köməkçiləri: Edvard Spiteri, Roberto Vella
Dördüncü hakim: Malkolm Spiteri
Hakim-inspektor: Mika Peltola (Finlandiya)
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 1:0

Qeyd edək ki,  ümumiyyətlə, Avropa Liqasının Çempionlar yolunun III təsnifat mərhələsinin daha iki cütü bəlli olub.
Çempionlar Liqasının uğursuzlarının qatıldığı yolda artıq 5 cüt dəqiqləşib.Bunlar “Slovan” (Slovakiya) – “Dandolk” (İrlandiya) və “Sarayevo” (Bosniya və Herseqovina) – BATE (Belarus) cütləridir. Digər 5 cüt isə bu gün bilinəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

“Makkabi” (Təl-Əviv, İsrail) – “Suduva” (Litva)
“Ararat” (Ermənistan) – “Saburtalo” (Gürcüstan)
“Düdelanj” (Lüksemburq) – “Nomme Kalyu” (Estoniya)
“Slovan” (Slovakiya) – “Dandolk” (İrlandiya)
“Sarayevo” (Bosniya və Herseqovina) – BATE (Belarus)

***

“Neftçi-“Arsenal” və “Qəbələ”-“Dinamo” qarşılaşmasında birinci hissə başa çatıb.

Hər iki qarşılaşmada hesab açılmayıb.

***

“Neftçi-“Arsenal” və “Qəbələ”-“Dinamo” qarşılaşmasında ikinci hissə başlayıb.

Hələlik hər iki oyunda qolsuz bərabərlikdir.

***

“Dinamo” klubu ilə “Qəbələ” itki ilə üzləşib.

Hazırda davam edən oyunun 37-ci dəqiqəsində “qırmızı-qaralar”ın iki futbolçusu toqquşub.

Rasim Ramaldanovla İvitsa Juniçin başları bir-birinə dəyib.

Nəticədə R.Ramaldanov meydanı xərəkdə tərk edib və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, R.Ramaldanovu Sadiq Quliyev əvəzləyib.
***

“Neftçi” (Azərbaycan) – “Arsenal” (Rusiya) oyununda hesab açılıb.

Bakıda təşkil olunan qarşılaşmanın 49-cu dəqiqəsində Rauf Əliyev fərqlənib – 1:0.

***

“Dinamo” (Gürcüstan) – “Qəbələ” (Azərbaycan) oyununda hesab açılıb.

Tbilisidə təşkil olunan matçın 68-ci dəqiqəsində ev sahibləri qol sevinci yaşayıblar. Kapitan Levan Şengeliyanın zərbəsi dəqiq alınıb – 1:0.

***

“Neftçi” (Azərbaycan) – “Arsenal” (Rusiya) oyununda hesab dəyişib.

Cavab görüşünün 89-cu dəqiqəsində Dario Frederiko penaltidən bakılıların ikinci qoluna imza atıb – 2:0.

Sonra fərq 3-ə qalxıb, hesab 3:0 “Neftçi”nin xeyrinə olub.

***

“Dinamo” (Gürcüstan) – “Qəbələ” (Azərbaycan) oyununda da ev sahibləri ikinci qolu vurub.

Tbilisidə təşkil olunan matçın 88-ci dəqiqəsində gürcülərin futbolçusu  Levan Şengeliya dublunu rəsmiləşdirib – 2:0

Beləliklə, “Neftçi” və “Dinamo” növbəti təsnifaat mərhələsinə adlayıblar.

***

“Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə görüşəcək.

Bu oyunlar avqustun 8-də və 15-də keçiriləcək.

Etikxeber.az

Read Previous

Əbülfəs Qarayev, Hacı Murad Yagizarov, Sami Yusuf… – SƏRƏNCAMLAR – YENİLƏNİB – (1)

Read Next

“İlin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcək” – SAHİBƏ QAFAROVA – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir