“Neftçi” “Speranta”nı darmadağın etdi – 6:0 – “NEFTÇİ” NÖVBƏTİ MƏRHƏLƏDƏ – YENİLƏNİB – (10)

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Etikxeber.az xəbər verir ki, yarışa bu raunddan başlayan Azərbaycanın iki klubu da cavab oyununu keçirəcək.

“Səbail” səfərdə “Universitatya Krayova” ilə üz-üzə gələcək. Topaz Premyer Liqasının bürünc mükafatçısı çətin vəzifənin öhdəsindən gəlmək üçün mübarizə aparacaq.

 Bakıda 2:3 hesabı ilə uduzan Aftandil Hacıyevin yetirmələri Rumıniyada ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər. Minimal hesablı qələbənin heç olmasa əlavə vaxt üçün yetərli olması üçün isə bakılılar 3 top vurmalıdır.

Paytaxtın digər təmsilçisi “Neftçi” isə doğma divarlar arasında meydana çıxacaq. Azərbaycanın ən titullu klubu Moldova “Speranta”sı ilə üz-üzə gələcək.

Topaz Premyer Liqasının gümüş mükafatçısı səfərdə üç cavabsız qolla məğlub etdiyi rəqibi ikinci dəfə də yenməyə çalışacaq. Növbəti mərhələyə vəsiqəni “Bakcell Arena”da rəsmiləşdirməli olan bakılılar qırmızı vərəqə və zədələrdən qorumağı da düşünməlidir.

Qeyd edək ki, “Universitatya Krayova” – “Səbail”in oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq. “Neftçi” – “Speranta” matçı isə bir saat sonra start götürəcək.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
18 iyul

20:00.“Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan)
Baş hakim: Helqi Mikael Yonasson 

Baş hakimin köməkçiləri: Yohan Qunnar Qudmundsson, Brinqeyr Valdimarsson
Dördüncü hakim: İvar Orri Kristyansson (hamısı İslandiya)
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: Roy Katçart (Şimali İrlandiya)
Krayova. İon Oblemenko stadionu
İlk oyun – 3:2

21:00. “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova)
Baş hakim: 
Julian Veynberger
Baş hakimin köməkçiləri: Maksimilian Kolbiç, Mihael Nemetz
Dördüncü hakim: Andreas Heyss (hamısı Avstriya)
Hakim-inspektor: Albano Yanku (Albaniya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
Bakı. “Bakcell Arena”
İlk oyun – 3:0

***

“Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) qarşılaşması artıq başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

***

Oyunda hesab açılıb.

Meydan sahibləri 28-ci dəqiqədə önə keçiblər.

Rumınların qolunu Sisaldau vurub.

***

“Neftçi”-“Speranta” (Moldova) cavab görüşü üçün komandaların start heyətləri müəyyənləşib.

“Bakcell Arena”da baş tutacaq görüşdə paytaxt təmsilçisinin heyətində ilk onbirlikdə Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Vangelis Platellas, Rauf Əliyev, Kiril Petrov, Ömər Buludov, Stiven-Jozef Monroz, Mamadu Kane yer alıblar.

“Speranta”nın heyətində isə meydana Denis Makoqonenko, Mixail Bolun, Nogueira Barbosa, Konstantin Sandu, Ponce Ramirez, Ambasso Eloundou, Fula Perea, Ştefan Efros, İon Arabaci, Ruslan Çelari, Maksim Yurku çıxacaqlar.

***

“Universitatya Krayova” – “Səbail” oyununda ikinci hissə, “Neftçi”-“Speranta” oyununda isə birinci hissə başlayıb.

***

“Universitatya Krayova” – “Səbail” oyununda hesab dəyişib.

Krayovada keçirilən matçda ev sahibləri ikinci dəfə fərqləniblər.

Görüşün 54-cü dəqiqəsində Boqdan Vetejelu “Səbail”i mərkəzə dəvət edib – 2:0.

***

 Oyunda hesab bərabərləşib.

Meydan sahibləri 54-cü dəqiqədə Vateyulu ilə ikinci qolu vurubsa, 67-ci dəqiqədə Ağabala Ramazanov hesab arasındakı fərqi azaldıb. Bundan iki dəqiqə sonra Dila Duventru bərabərlik qoluna imza atıb.

Hazırda davam edən oyunda hesab bərabərdir – 2:2.

***

 “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda ilk hissə başa çatıb.

Bakıda təşkil olunan qarşılaşmanın 45 dəqiqəsindən sonra “ağ-qaralar” 4:0 hesabı ilə öndədirlər.

***

“Səbail” avrokuboklarda çıxışını başa vurub.

Debütü Avropa Liqasına təsadüf edən Aftandil Hacıyevin yetirmələri I təsnifat mərhələsini adlaya bilməyib.

Topaz Premyer Liqasının bürünc mükafatçısı ilk oyunda 2:3 hesabı ilə uduzduğu Rumıniyanın “Universitatya Krayova” klubu ilə səfər matçında məğlubiyyətin əvəzini çıxa bilməyib.

Bakılılar yenə eyni hesabla məğlub olublar.

***

“Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda beşinci qol vurulub.

Qarşılaşmanın 68-ci dəqiqəsində yenə Topaz Premyer Liqasının gümüş mükafatçısı fərqlənib. Komandamızın qoluna Stiven Jozef-Monroz imza atıb – 5:0.

***

Qarşılaşmanın 78-ci dəqiqəsində yenə Azərbaycan təmsilçisi rəqib qapısına yol tapıb.

Komandamızın heyətində İsmayıl Zülfüqarlı hesabı 6:0-a çatdırıb.

İki oyunun nəticəsinə görə, “Neftçi” növbəti mərhələyə adlayıb.

***

Qarşılaşma başa çatıb.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubu ilə üz-üzə gələcək.

İlk oyun iyulun 25-də Tula şəhərində, cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.

Etikxeber.az

Read Previous

“Artımların davamı olacaq…” – HADİ RƏCƏBLİ DAHA NƏ DEDİ?

Read Next

“Qəbələ”nin rəqibi “Dinamo” olacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir