“Neftçi”nin baş məşqçisinin buraxdığı səhv komandasına baha başa gələcək…

Azərbaycan Premyer Liqasının XXVII turunun “Zirə” ilə oyununda “Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin əvəzetmə edərkən buraxdığı səhv komandasına baha başa gələcək.

Etikxeber.az-ın məlumatına görə, ikinci hissədə legioner limitini pozan çalışdırıcının bu addımı texniki məğlubiyyətlə nəticələnəcək.

Məlumatı əməkdaşımızla söhbətində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də təsdiqləyib. O bildirib ki, İntizam Komitəsinin sabahkı iclasında bu məsələ müzakirəyə çıxarılacaq:

“Neftçi” legioner limitini pozduğuna görə mütləq cəzalandırılacaq. Komandaya 0:3 hesablı texniki məğlubiyyət veriləcək”.

Elxan Abdullayevin səhvi 68-ci dəqiqədə qeydə alınıb.

Belə ki, matça start heyətində 5 yerli futbolçu ilə başlayan “ağ-qaralar”da Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu qalıb. İki dəqiqə sonra “Neftçi”də İqnasio Erreranın yerinə Cavid İmamverdiyev meydançaya olsa da, bu, paytaxt klubunun cəzadan qaçması üçün yetərli olmayacaq.

Etikxeber.az

Read Previous

Ramiz Zöhrabovla vida mərasimi keçirildi – FOTO

Read Next

Fahişəliyə və qumara görə inzibati cəza ilə yanaşı, cərimələr də tətbiq olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir