Neymar Lionel Messidən çox əmək haqqı alacaq

“Barselona”nın braziliyalı forvardı Neymar klubu ilə bağlayacağı yeni müqavilədən sonra komandanın lideri olan Lionel Messidən çox əmək haqqı alacaq.

Etikxeber.az “Marca” qəzetinə istinadla xəbər verir ki, Kataloniya klubu ilə Neymar arasında yeni müqaviləyə dair imzalanma mərasimi oktyabrın 21-də təşkil ediləcək. Yeni sazişə görə, braziliyalı hücumçunun illik məvacibi 15 milyon avro təşkil edəcək. Onun müqaviləsində, həmçinin 10 milyon avro bonus məbləğin ödənilməsi barədə də müddəa yer alıb.

Bütün bunların cəmi olaraq Neymar nəticədə mövsümə 25 milyon avro qazanacaq. Bu halda, o, illik 22 milyon məvacibi olan argentinalı klub həmkarı Messidən çox maaş almış olacaq. Lakin məlum olub ki, yaxında İspaniya klubu argentinalı ulduzla da yeni saziş imzalayacaq.

Etikxeber.az

Read Previous

Əvvəllər BƏƏ-dən Azərbaycana il ərzində cəmi 2500-3000 turist səfər edirdisə, bu ilin 8 ayı ərzində ölkəmizə 30 mindən çox turist gəlib – SƏFİR

Read Next

Dubayda asayişi robot-polislər qoruyacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir